Yevlax rayonunda Kür çayı sahilində salınan bulvarda çökmə baş verib. Bu barədə Simsar.az- a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə hadisə gecə saatlarında baş verib. Qeyd edək ki, sözügedən "Bulvar" 2012-ci ildə yenidən qurulub. Açılışında dövlət başçısı İlham Əliyev iştirak edib.