Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Tutu dieta

HADİSƏ

Şabranda kütləvi zəhərlənmə

Şabranda kütləvi zəhərlənmə qeydə alınıb. İki gün öncə ad günündə olan şəxslər zəhərlənmə diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.  Xəstəxananın Reanimasiya şöbəsinin müdiri, həkim İmamqulu İbrahimov saytımıza açıqlamasında bildirib ki, zəhərlənmə tortdan baş verib.  Ad günü mərasimində olan şəxslər müxtəlif vaxtlarda halsızlıq şikayəti ilə xəstəxanaya müraciət ediblər.  “Bu gün səhər də bir müraciətimiz oldu. Təxminən 30-a yaxın adam xəstəxanaya gəlib. Amma həyati  təhlükə yoxdur”, - deyə həkim bildirib.

Səhiyyə Nazirliyi Şabranda kütləvi zəhərlənməyə münasibət bildirib. Nazirlikdən verilən məlumata görə, zəhərlənənmə ilə müraciət edənlərin sayı 30 yox, 15 nəfərdir: “Eyni məclisdə qida zəhərlənməsi ilə bağlı Şabran Rayon Mərkəzi Xəsətəxanasına 15 nəfər müraciət edib. Onların konkret tortdan zəhərləndiklərini demək olmaz. Bəziləri digər qidaları yedikdən sonra vəziyyətlərinin pisləşdiyini deyir. Bundan əlavə daha 3 nəfər də qida zəhərlənməsi ehtimalı ilə müraciət edib. Lakin onlar həmin ad günü məclisində olan adamlar deyil. Müraciət edən şəxslərin mədəsi yuyulub. Vəziyyətləri stabildir. Ehtiyat məqsədi ilə həkim nəzarətində saxlanılırlar”.(oxu)






2 Avqust, 2019  11:21 Baxılıb: 196 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
7 Dekabr, 2019  13:17

7 Dekabr, 2019  13:04

7 Dekabr, 2019  12:36



7 Dekabr, 2019  10:06




6 Dekabr, 2019  14:25


6 Dekabr, 2019  10:04







5 Dekabr, 2019  09:28

5 Dekabr, 2019  09:25








4 Dekabr, 2019  10:58

4 Dekabr, 2019  10:55








3 Dekabr, 2019  13:56



2 Dekabr, 2019  17:39







2 Dekabr, 2019  10:21

2 Dekabr, 2019  09:20


30 Noyabr, 2019  13:43

sagbanner