Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib

Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib. 1949-cu il təvəllüdlü H. Cəbrayılov bu gün səhər saatlarına müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi  bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya aparılıb və əməliyyat olunub.

O, Bakıdakı Pirşağı qəbiristanlığında dəfn olunacaq. Bu barədə mərhumun dostu, musiqiçi Abbasqulu Nəcəfzadə məlumat verib. Onun sözlərinə görə, H. Cəbrayılov 4 gün əvvəl işdən evə gedən zaman yolda infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Əməliyyatı edən həkim bildirib ki, Həsən Cəbrayılov özü də bilmədən daha əvvəl 4 dəfə mini infarkt keçirib. Mərhumun yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək.

Qeyd edək ki, mərhum «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-də (AZTV) çalışırdı.(apa)

 






31 İyul, 2019  11:55 Baxılıb: 1189 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner