Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Cəmalə Qafarova: "Özünə rəva görmədiyini pasientə etmək olmaz"

Həkim – kosmetoloq Cəmalə Qafarova yay mövsümündə xanımlara öz dəyərli məsləhətlərini verib. Botoks və dolğuların düzgün istifadəsini öyrənmək istəyənlər üçün bu müsahibəni oxumaq vacibdri!

-Yay fəslində xanımlarımıza üz dərilərinə qulluq üçün nələri məsləhət görərdiz?

-Yay mövsümündə ilk növbədə xanımlar SPF keremlərindən istifadə etməlidirlər. Mütləqdir ki, günəşə çıxmazdan yarım saat əvvəl bu kremlərdən istifadə olunsun. Qeyd edim ki, SPF kremlərinin təsir müddəti təxminən 2 saatdır. Bu müddətdən sonra yeniləmək lazımdır. Yay mövsümündə xanımlar sabundan heç vaxt qorxmasınlar. Üzlərini skrablarla tez-tez təmizləsinlər.  Sırf müalicəvi sabunlar var ki, onlardan istifadə edə bilərlər. Onu da qeyd edim ki, sabundan sonra mütləq dəriyə krem vurulmalıdır.

-Camalə xanım, skrabdan istifa etsinlər dediz, amma bu gün bu məhsullara görə seçim o qədər çoxdur ki, doğru olanını tapmaq çətindir.

-Təbii tərkibli məhsullara daha çox önəm verilsin. Meyvə tərkibli  skrablar var, onlar üzə çox yaxşı təsir göstərir. Bəzən xanımlarımız bahalı məhsullara daha çox üstünlük verirlər, amma keyfiyyətə önəm versələr daha yaxşı olar.

 

-Yay mövsümündə hansı kosmetoloji prosedurlardan uzaq durmaq lazımdır?

-Bu mövsümdə üzə piling etmək qəti şəkildə olmaz. Piling yanıq deməkdir. O prosedur zamanı üz dərisi yanır.  Prosedur gərəyi yanmış dəri ilə isə gün şüasına çıxmaq təhlukəli ləkələrin yaranması deməkdir. Yay mövsümündə hansısa kosmetoloji prosedurdan istifadə etmək lazım deyil. Mövsüm boyunca sadəcə dərini qoruma, və ev şəraitində təbii vasitələrlə qulluq etmək yetərlidir.

-Son zamanlarda xanımların üz qulluğunda ən çox müraciət etdikləri prosedur botoks və gellərdir. Amma bu prosedurlardan əziyyət çəkən xanımlar da az deyil. Botoks və gellərin yaratdığı fəsadların da sayı artmaqdadır.  Xanımlar bu prosedurlar zamanı nələrə diqqət etməlidir?

-İlk olaraq, peşəkar və təcrübəli  həkimlərə müraciət etsinlər. Acınacaqlı da olsa deməliyəm, bu gün 2 aylıq kurs bitirənlər də özlərini həkim – kosmetoloq kimi təqdim edirlər. Bu sahədə də qeyri-peşəkarların sayı artıb. Bu baxımdan həkim - kosmetoloq seçimində diqqətli olmağı tövsiyyə edirəm.  Botokslarda keyfiyyət, ona qatılan qatqılar önəmlidir.  Pasienti aldatmaq olmaz. Yaxşı nəticə göstərsən həmin pasient bir daha sənin yanına gələcək.  Botoklsarla bağlı onu deyə bilərəm ki, 9 aya qədər effekti qala bilər. Amma indivudual olaraq. Yəni orqanizmdən çox şey asılıdır. Elə üz var 9 ay qalır, eləsi də var 3 ay.  O ki qaldı sizin qeyd etdiyiniz fəsadlara, botoks edərkən mimikaları itirməmək əsas şərtdir. Botokslar üzdə doğru nahiyələrə vurulmalıdır. Əgər bu yanlış olarsa, dediyiniz fəsdlar ortaya çıxacaq. Üzdə mimikalar itəcək, deformasiyaya uğrayacaq. Hətta göz qapaqları bağlanmaya bilər. Dolğularda da həmçinin, peşəkarlara müraciət edilsə nəticə də gözəl olacq. Ümumiyyətlə bu prosedurlar, xanımların üzündə gözəllik yaratmaq üçündür, onu tamamən dəyişmək üçün deyil. Bəzən görürsən pasient özü deyir mən istəyirəm üz yaxud dodağ nahiyəmdə dolğu çox olsun. Həkim nə qədər desə də pasient istəyir, nəticədə isə qeyri-peşəkar iş və qüsurlu üz quruluşu ortaya çıxır.  Yəni nöqsanı preparatlarda axtarmasınlar. Fəsdaı qeyri-peşəkar həkim yarada bilər ancaq.

 

-Bəs təbii və süni dolğular nədir?

-Bu bir bazar siyasətidir sadəcə. Süni dolğu yoxdur.  Əvvəllər bəzi dolğular var idi ki, tərkibində sintetika çox olurdu.  Tərkibinə, qalıcılıq müddətinə görə qiymət fərqləri var.  Kosmetologiya sahəsində posienti özün qədər düşünməlisən. Özünə rəva görmədiyini pasientə etmək olmaz.

-Cəmalə xanım, elə xanımlar da var ki, maddi vəziyyətləri ilə bağlı kosmetoloqa gtməyə imkanları olmur. Ev şəraitində üzlərinə hansı prosedurları edərək, müəyyən qədər qulluq etmiş olarlar?

-Ev şəraitində qulluğu bütün xanımlar etməlidir. Bu təravətli qalmaq üçün mütləq lazımdır. Amma bu qulluqlar üz sallanmalarını, qırışları aradan qaldıracaq gücdə deyil. Hazırda yaydır, bu mövsümün meyvələrindən üz dərisinə qulluq üçün istifadə etmək olar. Bal maskasından istifadə etməyi tövsiyyə edirəm. 20 dəqiqə üzdə saxlansın sonra yuyulsun. Gözaltı qaraları aradan qaldırmaq üçün təzə nanə yarpaqlarını taxta bir sheylə əzib gözaltına qoysunlar. Çox gözəl effekti var bunun da.

-Bu gün ən aktual məsələlərdən biri də kosmetoloqa müraciətdə yaş həddinin olmamasıdır. Sizcə xanımlar neçə yaşdan sonra kosmetoloqa müraciət etməlidirlər?

-Əslində 18 yaşdan sonra ehtiyac olarsa xanımların üzünə müdaxilə etmək olar. Təcrübəmdə rast gəlmişəm 18 yaşlı gənc xanımın alnındakı qırışlar onda kompleks yaratmışdı. Ehtiyac yarandığı halda yaş həddinə baxılmır. Bəzən görürsən 18-19 yaşlı gənc qızın qeyd etdiyiniz kosmetoloji prosedurlara daha çox ehtiyacı var, nəinki 35-40 yaşlı bir xanımın. Kosmetoloq işini elə görməlidir ki, onun işinə kənardan baxanlar pasientinin gözəlləşdiyinin fərqində olsunlar. Mənim üçün önəmli olan gördüyüm işlərə kənardan baxıb gözəldir deyilməsidir. Hansı sahədə olursan ol, insan öz işini sevgiylə etməlidir.

Söhbətləşdi: Yasəmən Məmmədova

Qeyd: Həkim Kosmetoloq Cəmalə Qafarovanın əl işləri ilə tanış olmaq üçün  @dr_cosmetologist_  instagram səhifısinə daxil ola bilərsiz. Müraciət üçün də səhifənin şəxsi poçtuna yazın.

 












30 İyul, 2019  12:35 Baxılıb: 7354 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner