Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"

"Həkimlər məni ölümdən xilas edib, iki gün də geciksəydim, ölə bilərdim".  Simsar.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib. O əməliyyat olunandan sonra özünü yaxşı hiss etmədiyini bildirib: "Mədəmdəki yaralara görə əməliyyat olundum. Artıq bir neçə gündür əməliyyat masasından palataya köçürülmüşəm. Hazırda özümü yaxşı hiss etmirəm. Vəziyyətim heç də yaxşı deyil. Səhhətimdə çoxlu problemlərin olduğu üzə çıxdı. Qanım zəhərlənmişdi. Yeməyə, içməyə isə həvəsim yoxdur, bu da keçirdiyim ağır əməliyyatla bağlı ola bilər. Hazırda həkimlər səhhətimlə əlaqədar konkret olaraq heç nə demirlər".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.






22 İyul, 2019  10:20 Baxılıb: 1220 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16