Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Faktiki hava açıqlanıb - AZƏRBAYCANDA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az - a verilən məlumata görə, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Küləyin maksimal sürəti Gəncə və Naftalanda 34 m/s, Tərtərdə 30 m/s, Tovuzda 26 m/s, Bərdədə 25 m/s, Mingəçevirdə 24 m/s, Şəmkirdə 22 m/s, Göyçay və Yevlaxda 21 m/s, Nabranda 20 m/s, Neftçala və Ağstafada 18 m/s, Zaqatalada 15 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 17-23 m/s, arabir 26-28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4,7 metrə çatıb.

Düşən yağıntının miqdarı Göygöldə 18 mm, Qusarda 6 mm, Sarıbaş (Qax), Tərtərdə 4 mm, Yevlaxda 3 mm, Xınalıq və Qubada 2 mm, Qırız, Bərdə, Mingəçevir, Naftalan, Balakən, Oğuz, Zaqatala, Şəki (Kişçay) və Daşkəsəndə 0-1 mm olub. Göygöl və Hacıkənddə diametri 15 mm, Gədəbəydə diametri 11 mm, Gəncədə isə xırda dənəli dolu düşüb.

13 iyul axşam və 13-dən 14-nə keçən gecə dağlıq və dağətəyi rayonlarda leysan xararterli intensiv yağış yağacağı gözlənilir. Dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.






13 İyul, 2019  10:59 Baxılıb: 174 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
23 Sentyabr, 2019  17:45






23 Sentyabr, 2019  15:53

23 Sentyabr, 2019  15:41

23 Sentyabr, 2019  15:28



23 Sentyabr, 2019  11:35




23 Sentyabr, 2019  09:47

23 Sentyabr, 2019  09:38

23 Sentyabr, 2019  09:34

23 Sentyabr, 2019  09:31





21 Sentyabr, 2019  11:30



21 Sentyabr, 2019  10:15




20 Sentyabr, 2019  16:43

20 Sentyabr, 2019  15:54


20 Sentyabr, 2019  13:59


20 Sentyabr, 2019  13:10

20 Sentyabr, 2019  12:58






20 Sentyabr, 2019  11:05

20 Sentyabr, 2019  10:43


20 Sentyabr, 2019  09:26





sagbanner