Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SİYASƏT

Elmar Məmmədyarov Avropa Şurasının komissarı ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən bildirilib ki, nazir Elmar Məmmədyarov Avropa Şurasının yeni Baş katibinin seçilməsi məsələsini qeyd edərək, təşkilatın yeni rəhbəri ilə işləməyə hazır olduğumuzu bildirib.

Ölkəmizə səfəri çərçivəsində müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqəsinə baş çəkdiyini diqqətə çatdıran D.Miyatoviç səfər proqramının təşkili üçün Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Azərbaycana səfərinin əsas məqsədlərindən birinin məcburi köçkünlərin insan hüquqları olduğunu qeyd edən komissar azərbaycanlı məcburi köçkünlərlə görüşdüyünü bildirib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşlər, eləcə də substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barəsində məlumat verib. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulayıb.(apa)






11 İyul, 2019  17:43 Baxılıb: 100 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


15 İyul, 2019  10:44

15 İyul, 2019  10:38

15 İyul, 2019  10:33

15 İyul, 2019  09:41

15 İyul, 2019  09:32

15 İyul, 2019  09:29

15 İyul, 2019  09:20

15 İyul, 2019  09:17



13 İyul, 2019  12:27

13 İyul, 2019  12:23



13 İyul, 2019  10:04



12 İyul, 2019  14:50



12 İyul, 2019  13:49








12 İyul, 2019  09:59

12 İyul, 2019  09:33

12 İyul, 2019  09:30

12 İyul, 2019  09:27

12 İyul, 2019  09:14






11 İyul, 2019  15:44










sagbanner