Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəmkirdə avtomobildən silah-sursat aşkarlanıb

Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində hərəkətdə olan avtomobildən silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində - Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib.

Lakin nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam edib. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb.

Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb.

Avtomobilə baxış zamanı onların bu gərginliyini səbəbi məlum olub. Belə ki, yük yerinə baxış zamanı oradan “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.






11 İyul, 2019  15:00 Baxılıb: 760 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner