Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Külək güclənəcək, rayonlara yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az - a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. Abşeron çimərliklərində cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 12-də hava əsasən yağmursuz keçəcək, lakin gün ərzində bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.






11 İyul, 2019  13:26 Baxılıb: 177 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

18 Noyabr, 2019  15:12

18 Noyabr, 2019  09:54



16 Noyabr, 2019  12:15



16 Noyabr, 2019  11:29

16 Noyabr, 2019  11:16

16 Noyabr, 2019  11:13


15 Noyabr, 2019  16:37






15 Noyabr, 2019  09:31

15 Noyabr, 2019  09:21









13 Noyabr, 2019  16:59

13 Noyabr, 2019  16:54




13 Noyabr, 2019  15:29


13 Noyabr, 2019  14:27









12 Noyabr, 2019  17:16

12 Noyabr, 2019  15:50


12 Noyabr, 2019  15:27


12 Noyabr, 2019  14:31

sagbanner