Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA- dan vulkanların yaxınlığında ev tikənlərə xəbərdarlıq

"Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər ehtiyatlı olmalıdırlar". Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib. O, Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlərə müraciət edib: “Vulkan püskürən zaman gurultulu səs eşidilir. Püskürmə prosesi başlamazdan əvvəl isə yerin alt qatında hərəkətlərin olduğu hiss edilir. Ona görə də sakinlər diqqətli olmalıdır. Ümumiyyətlə, vulkan püskürən zaman bədbəxt hadisələrin baş verməməsi üçün yaşayış evləri kraterin yaxınlığında tikilməməlidir. Sakinlər də vulkan yaxınlığında məskunlaşmamalıdırlar. Yaşayış evləri vulkan zonasından ən azı 1 kilometr aralıda tikilməlidir. Bu cür yerlərdə həmçinin təsərrüfat işləri görmək olmaz”.

Şöbə müdiri xatırladıb ki, bu ilin sonunadək Abşeron rayonunda Bozdağ-Qobu, Xəzər dənizinin Ələt qəsəbəsindəki sahilində Bahar və Qobustanda da Şıxzahırlı vulkanlarının püskürəcəyi ehtimalı olunur: “Hazırda Azərbaycanda vulkan zonalarında vəziyyət stabildir. Amma təbii ki, ilinin sonunadək üç vulkanın aktivləşməsi gözlənilir. Bu, proqnoz deyil. Biz dəfələrlə püskürməsi gözlənilən vulkan zonalarında olmuşuq. Həmin vulkanlardan ikisinin – Bahar və Şıxhazırlı vulkanlarının yaxınlığında məskunlaşma olmasa da, Bozdağ-Qobu vulkanının ətrafında yüzlərlə insan yaşayır”.(report)






11 İyul, 2019  11:18 Baxılıb: 720 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner