Xırdalanda cibgir tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Xırdalan şəhərinin ərazisində Bakı şəhər sakini R.Əlicanovun cibindən 470 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov saxlanılıb.