Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Agentlik sədri xəbərdarlıq etdi - “5 manata nehrə yağı olmur”

“Cənub bölgəsində 6 süd emalı müəssisəsinin məhsulları ilə bağlı aparılmış laborator analizin nəticələri artıq bəllidir. Azərbaycanın müxtəlif regionlarında nehrə yağı adı altında satışına verilən yağın tərkibində müxtəlif qarışıqlıqlar və insan orqanizmi üçün təhlükəli maddələr aşkar olunub”. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, nehrə yağını 5 manata satırlar ki, bu qiymətə nehrə yağı olmur: “Onlara sahibkarlıq strukturu demirəm, onlar cinayətkar və dələduzdurlar. Həmin sexlərin yanında yaşayan əhalidə trans yağların nehrə yağı adı altında satılması barədə məlumatlar olsa da, bizə və hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermirlər. Ona görə ictimai nəzarət də olmalıdır”.

Q. Təhməzli palma yağları ilə bağlı narahatlığa da münasibət bildirib. O qeyd edib ki, məhsulun tərkibində palma yağının olması önəmli deyil, orada trans yağın miqdarının nə qədər olması vacibdir.

AQTA sədri son günlərdə fəaliyyəti məhdudlaşdırılan bir sıra sexlər barədə də danışıb. O bildirib ki, fotolardan da həmin sexlərin nə qədər acınacaqlı vəziyyətdə olduğu görünür: “Məsələn, toyuğun üzərinə ayaqqabı boyası sürtüb, kənd çolpası adı altında satılması cinayət faktıdır. Bununla hüquq-mühafizə orqanları məşğul olur. Bunlar kifayət qədər insan sağlamlığı üçün zərərli olan faktlardır. Ancaq sanitar-gigiyenik və sanitar-texniki pozuntular müşayiət olunan hər hansı bir istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbsa, onlar standartlar bərpa olunandan sonra bizə müraciət edəcəklər və fəaliyyətləri yenidən bərpa olunacaq”.(apa)






9 İyul, 2019  15:23 Baxılıb: 654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner