Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İki televiziya filmi çəkilib

Filmlərdən biri Molla Pənah Vaqifə o biri, Yaqub Mahmudova həsr olunub

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də “Molla Pənah Vaqif” və “Tarixin izi ilə…Yaqub Mahmudov” sənədli televiziya filmlərinin istehsalı başa çatıb.

Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görkəmli şair Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş filmdə onun taleyinin müxtəlif məqamları əks etdirilib. Filmdə şairin qoşmalarından, qəzəllərindən, müxəmməslərindən, məsnəvilərindən istifadə olunub. Çəkilişlər Qazax rayonunun Şıxlı və Salahlı kəndlərində aparılıb. Filmin ssenari müəllifi Əhməd Oğuz, rejissoru Namiq Ağayev, operatoru Elxan Rüstəmovdur.

Siyasi portret janrında çəkilən “Tarixin izi ilə…Yaqub Mahmudov” filmi əməkdar elm xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun həyat, elmi və ictimai fəaliyyətinə həsr olunub. Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan söhbət açılıb. Çəkilişlər Şəkidə, Balakəndə və Bakıda aparılıb. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Muradov, operatoru Mətləb Yaqubovdur.






8 İyun, 2011  15:51 Baxılıb: 1193 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner