Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Niyə kitabxanaçılıq fakültəsində oxuyursan?-SORĞU

İxtisaslarından razılıq və narazılıq edənlər Simsar.az-a nələr dedi...

Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsi var. Mən də o fakültənin birinci kurs tələbəsiyəm. Jurnalist ixtisasını seçmək istəyirdim, nəticə fərqli oldu. 
Eyni situasiyanı yaşayan tələbə yoldaşlarım az deyil. Simsar.az-saytı redaktorunun tapşırığı ilə onlar arasında sorğu keçirdim.
Sual belədi: “Niyə kitabxanaçılıq fakültəsini seçmisiz və sizin üçün kitabxanaçı kimdi?

Natavan Novruzzadə: “Ağlıma belə gəlməzdi”


-Bu fakültəyə 425 balla qəbul olmuşam. Yığdığım bala çox heyfim gəlir. Gələcəkdə məni işlə təmin edə bilməyəcək bir fakültədə oxumaq ruh düşgünlüyü yaradır. İki il hazırlıqlara gedib, çəkdiyim əziyyətlərdən sonra bu fakültəyə düşəcəyim ağlıma belə gəlməzdi. Kitabxanaçı mənim üçün oxuculara kitab təqdim edən şəxsdir.


Nigar Hacıyeva: “Daha kitabxanaçılara az ehtiyac var”


- Filologiya fakültəsini arzuladığım halda 335 balnan bu fakültəyə qəbul oldum. Kitabxanaçı insanların maariflənməsi üçün əlindən gələni əsirgəməyən bir adamdı. Onun işi oxuculara kitab təqdim etməklə yekunlaşır. Hazırda bəzi kitabxanalarımız elektron sisteminə keçdiyinə görə, daha kitabxanaçılara da az ehtiyac var.


Əzimə Ağababayeva: “Kitabxanaçılığı sevməyə başladım”


-İstəməyərək bu fakültəyə qəbul olsam da, oxuduğum müddətdə kitabxanaçılığı sevməyə başladım. İxtisasından asılı olmayaraq, hər kəs öz sənətinidə peşəkar olmalıdır. Kitabxanaçı oxucuların rəyini nəzərə alaraq, onların məlumatlarının genişlənməsinə kömək edən şəxsdir. Kitabxanaçıların çoxu yüksək biliyə sahib olmadıqları üçün işlərini layiqincə yerinə yetirmirlər. Gələcəkdə kitabxanaçı olsam, öhdəmə düşən vəzifəni peşəkar səviyyədə həyata keçirərəm.



Günel Babayeva: “Kitabxanaçılıq mühüm vəzifədir”


-Kitabxanaçılığa istəyərək qəbul olmuşam. Gələcəkdə ixtisasım üzrə çalışmağı planlaşdırıram. Məncə kitabxanaçı cəmiyyətdə ən mühüm vəzifəni yerinə yetirən şəxsdir.

Nurlan Həsənov: “Kişinin gələcəyini təmin edən ixtisas deyil”


-Bu fakültəyə istəyərək qəbul olmamışam və gələcəkdə də bu ixtisas üzrə işləmək fikrim yoxdu. Məncə kişinin gələcəyini təmin edən bir ixtisas deyil. Bu ixtisasla gələcəyimi görmürəm.

İzolda Ağayeva: “Kitabların içində hər şeyi əldə etmək mümkündür”


-Kitabxanaçılığa təsadüfən düşmüşm. Amma qəbul olunandan sonra anlamışam ki, kitabların içində hər şeyi əldə etmək mümkündür. Mənim üçün kitabxanaçı insanların oxumağa marağını artıran və oxucunu kitabxanaya cəlb edən şəxsdir. Məncə cəmiyyətdə ən mühüm vəzifəni kitabxanaçı tutur. Kitabxanaçı çox yüksək biliyə sahib olmalıdır. Yalnız kitabların hamısından qısa da olsa məlumatlı şəxs yaxşı kitabxanaçı ola bilər.
Bu ixtisasa olan sevgimin artmasının bir səbəbi də xalq şairi Zəlimxan Yaqubun Kitabxanaçılıq və informasiya fakültəsinin məzunu olmasıdır.

Ləman






8 İyun, 2011  15:10 Baxılıb: 2154 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner