Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fuad Abbasov Polad Bülbüloğluna təşəkkür edib

“Səfirlik bir vətəndaş olaraq mənə sahib çıxdı. Mən həbsdə olanda ailəmin yanında oldular. Buna görə də Azərbaycanın Rusiyadakı səfirliyinə, xüsusilə səfir Polad Bülbüloğluna bir daha dərin minnətdarlığımı bildirirəm”. Bu fikirləri jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən sifarişli həbs edildiyi barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib: “Həbsimi düşmənlərimiz sifariş etdilər və bunun üçün lazım olan bütün vəsaitləri öz üzərlərinə götürdülər”. Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.






2 İyul, 2019  14:31 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner