Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

Böyük Britaniya Çinə xəbərdarlıq edib

Böyük Britaniya Çinə xəbərdarlıq edib. BBC-nin verdiyi xəbərə görə, bu barədə Britaniyanın xarici işlər naziri Ceremy Hant deyib. “Böyük Britaniya 1984-cü ildə bir ölkə iki idarə sistemini və honkonqluların azadlığını qoruyan beynəlxalq miqyasda məcburi xarakter daşıyan hüquqi razılaşma imzalayıb. Biz bu razılaşmanın da, honkonqluların da arxasındayıq. Əgər beynəlxalq səviyyədə məcburi olan hüquqi razılaşmaya hörmət qoyulmazsa bunun ciddi nəticələri olacaq”, - deyə Hant bildirib. Britaniya xarici işlər naziri hakimiyyət orqanlarını aksiyaları represiyya üçün bəhanə kimi istifadə etməməyə, əksinə Honkonq vətəndaşlarının narahatlığının səbəblərini başa düşməyə çağırıb. Qeyd edək ki, dünən Honkonqda yüzlərlə etirazçı parlament binasına soxularaq yerli administrasiyanın rəhbəri Kerri Lemlə danışıqlar aparılmasını tələb ediblər.

Aksiya iştirakçıları içəri daxil olduqdan sonra divarları qara rəngli boya ilə yazıblar, mebelləri və digər aksesuarları sındırıblar. Əraziyə, həmçinin çoxlu sayda polislər cəlb edilib və aksiya iştirakçılarından binanı tərk etmələri tələb olunub.

Tələb əməl olunmayınca polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Polis tez bir zamanda yerli Qanunverici Şuranın binasını etirazçılardan təmizləyib və binaya nəzarəti gücləndirib. Xatırladaq ki, təxminən bir ay əvvəl başlayan etiraz aksiyaları ekstradisiya haqqında qanun layihəsində dəyişikliyə qarşı keçirilir. Dəyişiklik təsdiqlənəcəyi halda şübhəli şəxslərin Tayvan, Makao və Çinə təhvil verilməsini nəzərdə tutur.






2 İyul, 2019  14:20 Baxılıb: 1028 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16