Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən həbs edilib. “Sputnik Armeniya” xəbər verir ki, bu barədə Apelyasiya Məhkəməsindən bildirilib. Qeyd edək ki, mayın 18-də R.Koçaryan girov qarşılığında zaminə buraxılmışdı. Ermənistan Baş Prokurorluğu isə bu qərara etiraz etmişdi.(report)