Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərini yarımçıq dayandırıb

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərini yarımçıq dayandırıb. Bu barədə spikerin kabinetindən "İnterpressnews" agentliyinə bildirilib. Məlumata görə, İ.Kobaxidze və onun rəhbərlik etdiyi nümayəndə heyətinin bir neçə üzvü Bakıdan Tbilisiyə qayıdır.

Gürcü spikerin bu günə Azərbaycanda planlaşdırılan görüşləri ləğv olunub. Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.  Xatırladaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvili də Belarusa rəsmi səfərini yarıda dayandıraraq Tbilisiyə qaydıb.(report)

 






21 İyun, 2019  11:22 Baxılıb: 763 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner