Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yol polisi reydlərə başladı

25 maşın cərimə meydançasında

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədi ilə reydlərə başlayıb.

Simsar.az-ın məlumatına görə, BŞDYPİ-nin şöbə və bölmələrinin əməkdaşlarından ibarət işçi qrupu yaradılıb. Həmin işçi qrupu çərşənbə axşamı müxtəlif texniki vasitələrin köməyi ilə Bakı şəhərinin küçələrində müşahidələr aparıb. İşçi qrupunun üzvləri şəhər üzrə müəyyən marşrutlarda hərəkət ediblər və yol hərəkətinə təhlükə törədən faktıar aşkarladıqda rabitə vasitələri ilə yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına xəbər verilib və qayda pozuntusuna yol vermiş şəxslər barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Həyata keçirilən reydlər zamanı bir saat ərzində 25 avtomaşın saxlanılaraq Dövlət Yol Polisinin müvəqqəti saxlanma dayanacağına aparılıb. Əsasən avtomobilin konstruksiyasında dəyişiklik edərək və əlavə avadanlıqlar quraşdıraraq avtomobili idarəetmə, şüşələrin görünüşünü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə və plyonkalarla avtomobili idarəetmə, çoxavazlı, yüksək tonlu, səsi artırıb azaldan vasitələrin avtomobillərə quraşdırılması, sürücülük vəsiqəsi olmadan avtomobili idarəetmə və dövlət qeydiyyat nişanı olmadan avtomobili idarəetmə hallarına rast gəlinib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov Trend-ə bildirib ki, son zamanlar paytaxt küçələrində avtomobillərin pərdə və plyonkalarla idarə olunması halları çoxalıb. Dövlət Yol Polisi bu cür hallara qarşı daha da effektiv mübarizə aparmaq üçün xüsusi işçi qrupu yaradıb və reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.






7 İyun, 2011  21:34 Baxılıb: 1009 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner