Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Sabahın HAVASI

Sabah ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az- a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeronda gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aranda gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 21-26° isti təşkil edəcək.






17 İyun, 2019  11:44 Baxılıb: 148 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
23 Sentyabr, 2019  17:45






23 Sentyabr, 2019  15:53

23 Sentyabr, 2019  15:41

23 Sentyabr, 2019  15:28



23 Sentyabr, 2019  11:35




23 Sentyabr, 2019  09:47

23 Sentyabr, 2019  09:38

23 Sentyabr, 2019  09:34

23 Sentyabr, 2019  09:31





21 Sentyabr, 2019  11:30



21 Sentyabr, 2019  10:15




20 Sentyabr, 2019  16:43

20 Sentyabr, 2019  15:54


20 Sentyabr, 2019  13:59


20 Sentyabr, 2019  13:10

20 Sentyabr, 2019  12:58






20 Sentyabr, 2019  11:05

20 Sentyabr, 2019  10:43


20 Sentyabr, 2019  09:26





sagbanner