Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Kibariyə Sipark İnşaatda: “Ev alıb, Bakıda yaşayacam” – Fotolar

Türkiyənin məşhur müğənnisi Kibariyə Sipark İnşaat Şirkətinin baş ofisində qonaq olub. Simsar.az xəbər verir ki, müğənni və həyat şirkətin rəhbəri Seymur  İsayevlə  görüşərək şirkətin gördüyü işlərlə yaxından tanış olub.  Müğənni söhbət zamanı bildirib ki, Bakını çox sevir və burada çox sayda dostları var: "Azərbaycanı çox sevirəm. Tez-tez Bakıya gəlirəm. Artıq burada çoxlu dostum var. İnsanlar çox istiqanlıdır, səni əllərinin üstündə tuturlar. Sevgi və yaxınlıq istəyirəm. Mənim üçün insanlıq çox önəmlidir. Qızımı evləndirmişəm. Əsas vəzifəmi yerinə yetirmişəm. Türkiyədə görüləcək çox işim yoxdur. Bizim məşhurlar müxtəlif yerlərdə evlər alıb, gələcəyə yatırım edir. Bu gözəl haldır. Mən də sakitlik üçün köçüb Bakıda yaşamaq istəyirəm”.

Türkiyəli məşhur kataloqlara baxıb və evlərlə tanış olub.  Şirkətin rəhbəri S.İsayev Yeni tikilən yaşayış kompleksləri barədə xanım ifaçıya məlumatlar verib. Qonaq ev şəraitində axtardığı özəllikləri də açıqlayıb: “Mənim bütün evlərim dənizə baxır, gözəl mənzərəsi var. 33-cü mərtəbədə yaşayıram. Hündürlük qorxum yoxdur. Allah hər yerdə insanın canını alır. Ona görə qorxmuram. Nadir hallarda təkliyə çəkilərəm. Evimdə ən çox qonaq otağını sevirəm. Evlərin geniş, aydın və keyfiyyətli olması mənim üçün vacibdir. Bakıda evlər daha münasib qiymətədir. Sipark İnşaat Şirkətinin türkiyədə də tikdiyi binaları görmüşəm, keyfiyyətinə bələdəm. Ona görə də Sipark İnşaat Şirkətindən ev alib,  köçüb Bakıda yaşayacağam”.

Daha sonra  Müğənni bəyənib almaq istədiyi evi görmək üçün komandası və şirkət əməkdaşları ilə Həsən Əliyev küçəsində yerləşən, Sipark İnşaat Şirkətinin tikdiyi binaya yollanıb.

 

 






13 İyun, 2019  19:05 Baxılıb: 5467 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner