Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Yanardağ"a gedən avtobusların sayı artırıla bilər

Dövlət Turizm Agentliyi "Yanardağ" Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma işlərinin aparılması və qoruğa marağın artmasını nəzərə alaraq, buraya gələn marşrut avtobuslarının sayının artırılması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edəcək. Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə "Yanardağ" qoruğuna mediatur zamanı deyib.

Onun sözlərinə görə, hazırda "Yanardağ"a gələn marşrut avtobusları var: "Hər kəs bu marşrut avtobuslarından istifadə edir. Lakin biz Bakı Nəqliyyat Agentliyinə müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın". K.Quluzadə əlavə edib ki, həm "Yanardağ", həm də "Atəşgah"a Hökumət evinin yanından "Baku city tour" avtobusları da gedir. Agentlik rəsmisi gələcəkdə "Yanardağ"da tibb məntəqəsinin açılacağını da vurğulayıb.






13 İyun, 2019  13:51 Baxılıb: 438 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43

sagbanner