Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Sahə” filmi yenə mükafat aldı

Filmin operatoru “Zolotaya Pektoral”  Festivalında qalib oldu

“Narimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” (The Precinct) bədii filmi (ssenari müəllifi və rejissor İlqar Safat) “Zolotaya Pektoral” Beynəlxalq Truskavets Kino Festivalında “Ən yaxşı operator işi” nominasiyasında mükafata layiq görülüb. 


Bu barədə Simsar.az-a “Nərimanfilm” kinostudiyasından məlumat verib. Festival 2011-ci il iyunun 2-dən 5-dək olan müddətdə Ukrayna Respublikasının Truskavets şəhərində keçirilib. Təntənəli mükafatlandırma mərasimi iyunun 4-də olub.


“Zolotaya pektoral” – müasir kino festivalıdır. Bu il festivalda Kann və Berlin festivallarının nominantları olmuş filmlərlə yanaşı, Rusiya, Gürcüstan, Azərbaycan, Argentina, Kuba, Latviya, Fransa kimi ölkələrin, həmçinin Ukraynanın son zamanlarda istehsal etdiyi filmlər də nümayiş olunub.

Konkurs proqramına televiziya filmləri, bədii filmlər (tam və qısametrajlı) və sənədli filmlər təqdim olunmuş, nominasiyalarda jüri tərəfindən seçilmiş 12 film 12 nominasiyada (ən yaxşı rejissor işi, ən yaxşı bədii film, ən yaxşı sənədli film, ən yaxşı musiqi, ən yaxşı operator işi, ən yaxşı kişi rolu, ən yaxşı qadın rolu, ən yaxşı bədii film üçün tamaşaçı mükafatı, ən yaxşı sənədli film üçün tamaşaçı mükafatı, ən yaxşı qısametrajlı film, keçmişə ekspedisiya) qiymətləndirilib.


2011-ci ildə festivalın Jürisi Konstantin Stoqniy, Andrey Bekkendorf, Lidiya Fedoseyeva-Şukşina, Sergey Bordenyuk və Vasiliy Fedorişin kimi kinematoqrafçılarla təmsil olunub.

“Ən yaxşı operator işi” mükafatı filmin rejissoru İlqar Safata təqdim olunub. Ukraynadakı Azərbaycan Səfirliyinin konsultantı Yeganə Qafqazlı “Sahə” filminin rejissoru ilə görüşərək ona yaradıcılıq uğurları arzulayıb.






7 İyun, 2011  19:25 Baxılıb: 1311 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner