Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA rəhbərliyinin ev alması haqda deyilənlər təkzib edilir - Tikinti şirkətindən açıqlama

Son günlər sosial mediada “Analoqu olmayan akademik biabırçılıq” adlı postlar paylaşılmaqdadır. Postrlarda AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdirinin alimlər üçün tikilən binada bir neçə mənzili mənimsədiklərindən danışılır.

Qeyd edək ki, A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasını “Evrostroy-S” şirkəti tikib. Şirkət nümayəndəsi Simsar.az-a iddiaların əsassız olduğunu deyib: “Sosial şəbəkələrdə ictimailəşən məsələdə tərəflərdən biri də şirkətimiz olduğuna görə məsələyə münasibət bildirməyimizin zəruri olduğunu düşündük. Əslində bu cür ittihamlarda kimlərsə, AMEA rəhbərliyini şərləmək üçün bir növ bizim adımızdan istifadə edir. Postlarda adları göstərilən şəxslərlə qeyd olunan mənzillərə dair şirkətimiz arasında heç bir müqavilə yoxdur.

Belə ki, A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasında 4-cü girişinin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3 kv.m) və 242 saylı 2 otaqlı (63,4 kv.m) mənzillərin Akif Əlizad Ağamehdi oğluna (ümumi dəyəri 181.275 AZN), 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3 kv.m) və 248 saylı 2 otaqlı (63,4 kv.m) mənzillərin Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızına, 4-cü girişin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3 kv.m) mənzil (dəyəri 133.725 AZN) AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına, 4-cü girişin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı (178,3 kv.m) mənzillərin dəyəri 133.725 AZN) AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına rəsmiləşdirilməsi ilə bağlı şirkətimizlə heç bir müqavilə yoxdur. Əgər kimsə belə bir müqavilənin olduğunu iddia edirsə, o yalnız saxta sənəd ola bilər.

Qeyd edək ki, sözügedən yaşayış binasında 7500 kv.m ərazidə mənzillər AMEA əməkdaşlarına təhvil verilib. Bir çox sakinlər mənzillərinə köçüb, qalanlarının da köçürülməsi üçün yekun işlər görülür”.






4 İyun, 2019  09:29 Baxılıb: 899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner