Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil İdarəsi 20 saylı məktəb - liseydə xidməti araşdırmaya başladı

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə pul yığılması ilə bağlı yayılan məlumat əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma başladılıb. Simsar.a bildiri ki, bu barədə Axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovanın təmir üçün hər sinifdən 120 manat pul yığması ilə bağlı yayılan məlumata cavab olaraq bildirilib. Təhsil İdarəsindən qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, 20 saylı məktəb-liseyin direktoru Səadət Veysovanın təmir üçün hər sinifdən 120 manat pul yığması ilə bağlı məlumatı jurnalist İradə Nurəddinqızı ictimailəşdirmişdi. Onun sözlərinə görə bu barədə övladları həmin məktəbdə oxuyan valideynlər deyiblər. 20 saylı məktəb-liseyin yüksək səviyyədə təmir olunduğunu bildirən valideynlər bu pulyığmanın ayrı məqsədlər üçün olduğunu da qeyd ediblər. Həmçinin məktəbdə Son Zəng tədbiri üçün 11-ci sinif şagirdlərinin hərəsindən 40 manatda pul yığıldığı da vurğulanıb.






31 May, 2019  16:18 Baxılıb: 1016 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner