Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün Milli Məclisin yaz sessiyası başa çatır

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək. İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası isə iyunun 14-də keçiriləcək. Sessiya çərçivəsində komitə iclasları və iki plenar iclasın keçirilməsi nəzərdə tutulub.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Milli Məclisin payız sessiyası isə sentyabrın 30-da başlayacaq.






31 May, 2019  09:13 Baxılıb: 781 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner