Beyləqan rayonunda yabanı halda bitən çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bolsulu kəndi ərazisində yabanı halda bitən 1760 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.