Avropa Liqasının Bakıda keçirilən final oyununun tamaşaçı sayı açıqlanıb. "Çelsi” və “Arsenal” arasında keçirilən qarşılaşmanı 51 min 370 seyrçi izləyib. UEFA-nın qurduğu studiyalar səbəbindən 63 min izləyici qəbul etmək iqtidarında olan Bakı Olimpiya Stadionunda cəmi 11 min 630 yer boş qalıb.
Əvvəl UEFA kuboku, indi Avropa Liqası adlanan yarışın bir matçdan ibarət olan finalları tarixinin tamaşaçı rekordunu qırmaq şansı olan arena 1999-cu ilə qeydə alınan 62 min nəfərlik göstəriciyə çata bilməyib. Bu, 20 il öncə Rusiya paytaxtı Moskvada “Parma” – “Marsel” görüşündə (3:0) qeydə alınmışdı. Qeyd edək ki, Bakıdakı tamaşaçı sayı bir matçlıq 22 final arasında 5-ci göstəriciyə imza atıb.(ona)