Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

İdman

Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək - BAKIDA

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək. Saat 23:00-da başlayacaq matçı Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Bakıdakı finalda ilk dəfə olaraq Avropa Liqasında Video-Köməkçi Hakim (VAR) sistemindən istifadə olunacaq.

Bu görüş London təmsilçilərinin 198-ci dueli olacaq. Bunların 76-da "Arsenal", 63-də "Çelsi" qələbə qazanıb, 58 qarşılaşmada isə qalib müəyyənləşməyib. Bakıdakı final komandaların avrokuboklarda üçüncü qarşılaşması olacaq. İngiltərə klubları yalnız 2003-2004-cü illər mövsümündə Çempionlar Liqasının 1/4 finalında üz-üzə gəliblər. Komandalar arasındakı ilk matç heç-heçə (1:1) bitib, səfərdə rəqibini məğlub edən (2:1) "Çelsi" növbəti mərhələyə vəsiqə qazanıb.

"Çelsi" avrokuboklarda 9-cu dəfə final oyununa çıxacaq. "Zadəganlar" bunların 5-də qələbə qazanıb. Komanda 1971-ci ildə UEFA Kuboklar Kubokunun finalında İspaniya "Real Madrid"ini iki görüşün nəticəsinə əsasən məğlub edib 1:1;2:1. "Çelsi" 1998-ci ildə isə eyni turnirin finalında Almaniyanın "Ştutqart" kollektivindən üstün olub - 1:0. London təmsilçisi 2008-ci ildə Çempionlar Liqasının finalında "Mançester Yunayted"ə əsas vaxtı heç-heçə (1:1) bitən görüşdə penaltilərdə uduzub - 6:5. "Göylər" 2012-ci ildə də isə 1:1 hesabı ilə bitən finalda Almaniya "Bavariya"sını penaltilərdə 4:3 üstələyərək Çempionlar Liqasının qalibi olub. "Zadəganlar" 2013-cü ildə Portuqaliya "Benfika"sını məğlub edib və tarixində ilk dəfə Avropa Liqasını qazanıb. UEFA Super Kubokunun da üç dəfə iştirakçısı olan "Çelsi" 1998-ci ildə "Real Madrid"i məğlub edib (1:0), 2012-ci ildə "Atletiko Madrid"ə uduzan komanda (1:4), 2013-cü ildə bərabərliklə yekunlaşan (2:2) matçda "Bavariya"ya penaltilər seriyasında uduzub - 4:5.

"Arsenal" isə 7-ci dəfə UEFA turnirlərində final matçına çıxacaq. "Topçular" bunların yalnız birində qələbə qazana bilib. Komanda 1994-ci ildə UEFA Kuboklar Kubokunun finalında İtaliyanın "Parma" klubunu məğlub edərək çempion olub. London təmsilçisi 1980-ci ildə eyni turnirin finalında qolsuz yekunlaşan matçda İspaniya "Valensiya"sına penaltilərdə uduzub - 4:5.

"Topçular" 1995-ci ildə isə İspaniyanın digər təmsilçisi "Real Saraqosa" ilə bacarmayıb - 1:2. "Arsenal" 1994-cü ildə UEFA Super Kubokunda iki görüşün nəticəsinə əsasən İtaliyanın "Milan" kollektivinə məğlub olub - 0:0;0:2. İngiltərə klubu 2000-ci ildə UEFA Kubokunda (indiki Avropa Liqası) da final oynayıb. Londonlular əsas və əlavə vaxtı qolsuz bitən görüşdə penalti zərbələrindən sonra Türkiyənin "Qalatasaray" komandasına uduzub - 1:4. "Arsenal" 2006-cı ildə isə Çempionlar Liqasının finalında məğlubiyyətə uğrayıb. Komanda həlledici görüşdə İspaniyanın "Barselona" komandası ilə də bacarmayıb 1:2.

"Çelsi"bu vaxta qədər avrokuboklarda İngiltərə təmsilçiləri ilə 17 dəfə qarşılaşıb və bunların 6-da qələbə qazanıb, 4-də isə məğlub olub. 7 qarşılaşma isə heç-heçə bitib. "Arsenal" isə ölkəsinin komandaları ilə Avropada 6 dəfə üz-üzə gəlib. Bunlardan heç birində qələbə qazana bilməyən "topçular", 4 dəfə məğlub olub, 2 dəfə isə heç-heçə edib.






29 May, 2019  09:39 Baxılıb: 179 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

21 Avqust, 2019  16:48


21 Avqust, 2019  12:43




21 Avqust, 2019  11:48


21 Avqust, 2019  11:24

21 Avqust, 2019  11:04


21 Avqust, 2019  09:19


20 Avqust, 2019  14:43

20 Avqust, 2019  14:35

20 Avqust, 2019  13:42

20 Avqust, 2019  09:56

20 Avqust, 2019  09:42

20 Avqust, 2019  09:20

19 Avqust, 2019  15:55






17 Avqust, 2019  11:12

17 Avqust, 2019  11:06



16 Avqust, 2019  13:50






16 Avqust, 2019  09:55


16 Avqust, 2019  09:33


15 Avqust, 2019  17:42

15 Avqust, 2019  15:27


15 Avqust, 2019  13:54


15 Avqust, 2019  13:25




15 Avqust, 2019  11:05

sagbanner