Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rusiya Azərbaycanlıları İttifaqı 28 may Respublika Gününü qeyd etdi

Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycanlıları Mədəniyyəti Fondu Moskvanın “Natsional” mehmanxanasında 28 may Respublika Gününü təntənəli şəkildə qeyd edib.

Tədbirdə Rusiyanin müxtəlif regionlarını təmsil edən dövlət rəsmiləri, Moskvanın ictimai-siyasi dairələrinin tanınmış simaları, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər. Onların arasında siyasət, hüquq, mədəniyyət, hərb, idman və digər  sahələrdə Rusiyada fərqlənmiş onlarla nüfuzlu soydaşımız olub.

Tədbiri giriş sözü ilə Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun mətbuat xidmətinin rəhbəri, tanınmış telejurnalist Anar Həsənov açdı. Təmsil etdiyi təşkilatın tədbir işttirakçılarına müraciətini oxuyan natiq ADR in Azərbaycan dövlətçiliyi tarixində xidmətlərindən danışdı. O Məmməd Əmin Rəsuluzadənin sədrlik etdiyi Miili Şuranın, Fətəli Xan Xoyskinin baş naziri olduğu hökümətin  yarandığı tarixi şərait, Tiflisdən Gəncəyə köçməsi, Bakının daşnak –bolşevik birləşmələrinin işğalından azad edilməsinə tarixi ekskurs etdi. Müasir Azərbaycan Respublikasının erməni təcavüzünə məruz qalması və bu təcavüzə qarşı mübarizədə Rusiya Azərbaycanlılarının da vacib amil olma zərurəti haqda fikirlər də müraciətdə səsləndirildi. Rusiya Azərbaycan münasibətlərinə xüsusi yer  ayrılan çıxışda Heydər Əliyev şəxsiyyəti ön plana çəkilmiş oldu. Anar Həsənoov Rusiya və Azərbaycan arasındakı strateji xarakter alan münasibətlərdə görkəmli siyasətçinin rolunu xüsusi olaraq vurğulandı.

Çıxışdan sonra ADR in tarixi haqda videoçarx nümayiş etdirildi. Daha sonra tədbirdə Rusiya Dövlət Dumasının ekspertlər şurasının üzvü Valeriya Rayzman,  Rusiya Xalqları Dostluğu Universitetinin filologiya fakültəsinin dekanı professor Viktor Barabaş,  Moskva Maliyyə Hüquq Akademiyasının birinci prorektoru Oleq Zabelin, Rusiya ordusunun ehtiyatda olan azərbaycanlı zabiti, general-mayor Bağır Fətullayev, Yaxın Şərq üzrə məşhur siyasi ekspert İqbal Dürrə, “Rusiya Hərbiçiləri Ailələri İttifaqi” ictimai təşkilatının rəhbəri Mariya Bolşakova və digər qonaqlar Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik etdilər. Tədbirdə Rusiyanın bir çox millətlərinin təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqı ilə əməkdaşlığa hazır olduqlarını dedilər. Gecə iştirakçılarına Azərbaycan xalqının milli dövlət quruculuğu, onun tarixi nailiyyətləri, Qarabağ münaqişəsi haqda dolğun məlumat aşılandı.

Çıxışlar zamanı Rusiya Azərbaycanlıları İttifaqının zəruriliyinə bütün natiqlər toxundu və sayı milyondan çox olan Rusiyanın Azərbaycan icmasına bu təşkilat ətrafında birləşmək çağırışları edildi. Rusiya Azərbaycanlıları İttifaqına müxtəlif millətlərin diaspor rəhbərləri, habelə Rusiyanın bir sıra ictimai birliklərinin təmsilçiləri xatirə hədiyyələri etdiər. Belarus, Qazax, Litva, Moldova, Özbək, Türkiyə xalqlarını Moskvada təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqını Azərbaycan diasporununn maraqlarının müdafiəçisi kimi tanıdıqlarını qeyd edib, əməkdaşlığa hazır olduqlarını ifadə etdilər.

Gecənin qeyri rəsmi hissəsini Azərbaycan və Rusiya musiqi sənətinin tanınmış təmsilçiləri təmin etdi. Həmyerlimiz, tanınmış aparıcı və musiqiçi Solomon Lazareviç, Azərbaycan vokal məktəbinin istedadlı təmsilçisi Ataxan İsmayılov və Rusiyanın “Qolos” telelayihəsinin finalçısı Alla Rid rus və azərbaycan estradasından, habelə Müslim Maqomayev və Rəşid Behbudov repertuarından məşhur hitləri ifa etməklə gecə iştirakçılarına unudulmaz anlar yaşatdılar.

 






28 May, 2019  12:43 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner