Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həccə getmək neçəyədir?

Ziyarətin qiymətləri açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin qiymətlərini açıqlayıb.

İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu il Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2000 nəfər zəvvar avtobuslarla və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfərləri avtobuslarla 2650 AZN, təyyarə ilə səfər edənlər üçünsə 3750 AZN dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Yeniliklər sırasına zəvvarların məcburi həyat sığortası, otellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyənaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılması daxildir.

Dadaşova bildirib ki, bütün bu yeniliklərlə bağlı əlavə xərclər, həmçinin Səudiyyə Ərəbistanında otellərin qiymətlərində bahalaşma ziyarət səfərinin qiymətində dəyişikliyə səbəb olub.

Avtobuslar Azərbaycan - Gürcüstan - Türkiyə - Suriya - İordaniya - Səudiyyə Ərəbistanı marşrutu ilə, təyyarələr isə Bakı-Ciddə, Mədinə-Bakı marşrutu üzrə hərəkət edəcəklər.

28-31 oktyabr tarixlərində zəvvarlar təyyarələrlə müqəddəs məkanlara yola düşəcəklər. Avtobusların yola düşmə vaxtı barədə, habelə marşrutda dəyişikliklər olarsa, bununla bağlı əlavə məlumat veriləcək. Zəvvarlarımız müqəddəs ziyarətə Türkiyənin tanınmış "Ulusoy" şirkətinə məxsus son model komfortlu avtobuslarla yola düşəcəklər.

Zəvvarları səfər müddətində müqəddəs ziyarətin özəllikləri ilə bağlı məlumatlandıran qrup rəhbərləri, səhhətlərinə nəzarət edəcək həkim briqadaları müşayiət edəcək. Səfər öncəsi zəvvarlara Həcc ziyarətinə dair maarifləndirici ədəbiyyat paylanacaq, habelə mütəmadi təlimatlandırma işi aparılacaq.

Ziyarət səfəri üçün sənəd qəbulu sentyabr ayının ortalarınadək davam edəcək.

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanlı zəvvarlara müqəddəs məkanlarda lazımi xidmətin təmini üçün zəruri tədbirləri nəzərdə tutmuşdur.

QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.






7 İyun, 2011  15:37 Baxılıb: 4236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner