Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ufuk Turganer: "İki ölkənin universiteləri arasında qarşılıqlı əməkdaşlıqlar var" - MÜSAHİBƏ

Sipark Inşaatın dəstəyi ilə həyata keçən “Qonaq” layihəsinin bu dəfəki həmsöhbəti Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki təmsilçisi Ufuk xanım Turganerdir. Maraqlı müsahibəni təqdim edirik.

-Ufuk xanım layihəmizdə xoş gördük Sizi. Son görüşümüzdən uzun zaman keçib artıq. Vəzifəyə ilk başladığınız vaxtdan apardığınız müşahidələr mənim üçün maraqlıdır…

-Çox sağ olun dəvət etdiyiniz üçün. Bakıya yeni gəldiyim vaxtlarda mənimlə ilk görüşən jurnalistlərdən biri də sizsiz.  Təbii ki, ilk gəldiyimdə hər şey fərqli gəlirdi mənə. Amma yaşadıqca, daha yaxından tanıdıqca xoş təəssüratlar yaranır. Burada olmağımdan çox məmnunam. Bakı çox sürətlə inkişaf edən bir şəhərdir.  Hətta böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən bir paytaxtdır.  Bir türk olaraq mənim də qürurlandığım işlərdir bunlar. Azərbaycanın bütün türk dünyasındakı yeri tam başqadır. Bunu da çox layiqli şəkildə təmsilı edir. Azərbaycanlı qardaşlarımızla yaxından tanış olduqca qəlbi təmiz, mehriban və səmimi olduqlarını görürsən. Kipr türkləri ilə ortaq tərəflərimiz çoxdur.  Bizim kimi çox qonağpərvər insanlarsız.

-Təbii iki qardaşdan söhbət gedir.  Başqa coğrafiyalarda yaşamağımıza baxmayaraq mədəniyyətlərimizdə də oxşarlıq çoxdur doğrudurmu?

-Bəli qarşılaşdıranda çox bənzər tərəflər ortaya çıxır. İstər danışıq dilimizdə, musiqidə, istər mətbəxdə, geyimdə və s. Mətbəxlərimizdə oxşarlıqlar daha çoxdur. Məsələn  Şimali Kipr mətbəxindəki macun dediyimiz Azərbaycanda mürəbbədir. Qonağ gəldiyində bizdə də süfrəyə o macunlardan verilir. Tək bir fərq var biz macunları su ilə ikram edirik, burada çay ilə verilir. Çünki bizdə havalar da çox isti olur. Bütün meyvələrin macunları hazırlanır bizdə də. Buranın inanclarından olan üzərlik yandırmaq bizdə də var. Sadəcə biz pis gözlərdən qorunmaq üçün zeytun yarpaqları yandırırq. Bir az əvvəl də qeyd etdiyim kimi  qonaqpərvərlikdə çox bənzərlik var. Bu mən deyərdim bu ümumilikdə türklərə xas bir adətdir.

-Sizinlə ilk görüşdüyümüzdə hələ mətbəximizlə yaxından tanış olmamışdız. İndi necə?

-Buraya yeni gəldiyimdə bir az yemək sıxıntısı çəksəm də indi alışmışam. Sizin Şah Plovu çox sevirəm. Şəki, Qəbələ, Quba kimi rayonlarınızda oldum. Şəkini çox bəyəndim. Məşhur Şəki Pitisi də yedik.  Bizim də mətbəximizin özəl yeməkləri çoxdur.

-Azərbaycanda daha çox nəyi bəyəndiniz?

-Bakının arxitekturası çox gözəldir. Memarlıq yüksək səviyyədədir. İçəri Şəhəri çox bəyənirəm. Ora sanki başqa bir aləmdir. Bəyəndiyim çox şeylər var əslində sadalamaqla bitməz. İnşaat sahəsində çox irəliləyişlər var.

-Arxitekturadan söz düşmüşkən. ŞKTC – nin arxitekturası necədir?

-Kiprdə də inşaat sektoru olduqca aktivdir. Çoxsaylı binalar tikilir. Əcnəbilərin diqqət mərkəzinə çevrilib, ingilis, alman rus ailələri var ki Kiprdə daşınmaz əmlak almaq istəyirlər. Təbii artıq Azərbaycandan da bu cür istəklər var. Kiprin əsaslı arxitekturası bir tarixdir. Ona görə çox diqqət çəkir. Dövlətimiz tərəfindən də qorunur. Yeni tikilən binalar da görüntüyə xələl gətirmədən inşa edilir.

-İki xalqın mədəniyyətindən danışmaqla bitməz. Bunun xaricində Azərbaycan və Şimali Kiprin iqtisadi əlaqələrindən də danışmaq istərdim.

-Şimali Kipr Türk Cümhuriyyətinin iqtisadiyyatında önəmli iki lokomotiv sektor var ki, bunlardan biri turizm, digəri isə unuversitetlərdir.  Son illər turizm sahəsində daha da irəliləyişlər var. Bütün standartlara cavab verən 5 ulduzlu otellər tikilib, tətil kəndləri salınıb. Çimərliklərimiz çox gözəldir, dənizlərimiz akvarium kimidir, balıqları görə bilirsən.  Həqiqətən Kipr sanki cənnətdən bir parçadır. Şimali Kipr sadəcə dənizi ilə yox, tarixi zənginliyi və mədəni mirası ilə də turistlərin diqqətini çəkməkdədir.

-Azərbaycanda da artıq turizm sahəsində irəliləyişlər var. Turizm bölgələrimiz çoxalıb. Qarşılıqlı turizm əməkdaşlıqları varmı?

-Azərbaycandan Şimali Kiprə gedən  turistlər az deyil.  Ailəvi tətillər, bal ayı üçün Kipri seçənlər var.  Tək sıxıntı birbaşa uçuşun olmamasıdır. Ancaq Kipri görmək istəyən qonaqlarımız üçün bunun maneə olmadığını bilirəm. Ölkəmizə İstanbul və Ankara üzərindən transit olaraq getmək mümkündür.

-Bildiyim qədər Azərbaycandan Şimali Kiprə təhsil almağa gedən tələbələrin sayı az deyil. Bir az da bu sahədən danışmağınızı istərdim.

- Doğru söylədiniz, Azərbaycandan bizim universitetlərdə təhsil alan gənclər çoxdur.  Hazırda 500-ə yaxın tələbə ŞKTC – də təhsil alır. Təhsil standartları mükəmməl olan 19 universitetimiz var. Dövlət olaraq bacarıqlı azərbaycanlı tələbələrimizə burs imlanları da veririk.  Türkiyə və İngiltərədən sonra təmsilçiıliyimizdə Təhsil Nazirliyimizdən göndərilmiş Təhsil _ Kültür Attaşesi vəzifəsini icra etməkdədir.  Bu da ŞKTC – nin qardaş ölkə Azərbaycana verdiyi dəyərdir. İki ölkənin universiteləri arasında qarşılıqlı əməkdaşlıqlar var. Bu da təhsil sahəsində hər iki ölkənin təhsil ocaqlarının qarşılıqlı olaraq bir-birlərindən faydalanması və davam etməsidir.

-Diplomlar digər dövlətlərdə tanınır?

- Diplomlarımız bütün ölkələrdə tanınır. Heç bir problem yoxdur.  Tələbələr də, ailələri də rahat olsunlar.Universitetlərimizin məzunları istədikləri ölkələrdə iş tapa bilirlər.

-Bəs ŞKTC –dən Azərbaycana təhsil almağa gələn tələbələr var?

-Bəli 3 tələbəmiz var. İki ildir ki, burada təhsil alırlar. Bakı Dövlət Musiqi Akademiyasında oxuyurlar.  Bura sənətin, musiqinin vətənidir. Sənət dərsləri almaq istəyən gənclərimiz rahatlıqla Azərbaycanbı seçərək özlərini burada evlərində kimi hiss edə bilərlər.

-Bir qədər də Kiprdəki həmkarlarımızdan danışın. Kiprin KİV - dən.

-Dünya mediası ilə ayaqlaşma istiqamətində çox işlər görülüb.  Gündəlik nəşr olunan qəzetlər, xəbər saytları, dövlət və özəl televiziyalar  fəaliyyət göstərir. Bu gün nə qədər də xəbərlər internetdən oxunsa da yenə də bizdə qəzet mütləq alınır və oxunur.

-Maraqlıdır, ŞKTC-nin insanlarının Qarabağ hadisələrindən, xalqımızın yaşadığı soyqırımlardan xəbərləri varmı, Bu istiqamətdə təbliğat necə aparılır?

- Təbii ki, Azərbaycan xalqının son 27-28 ildə yaşadıqları faciələrdən, torpaqlarının işğal altında olduğundan insanlarımız məlumatlıdır. Kiprdə təhsil alan tələbələr söylədiyiniz o tarixi günlərdə tədbirlər keçirirlər. Bu təbliğat üçün kifayət qədər şərait də yaradılır. Bütün bu tədbirlər KİV –də tirajlanır.

İradə Nurəddinqızı







23 May, 2019  12:24 Baxılıb: 1210 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner