Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Kolleclərə də imtahansız qəbul mümkün olacaq - KİMLƏRƏ?

Bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər. Bakalavrlara bu hüquq, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda verilib.

Qaydalara əsasən, orta ixtisas təhsili pilləsində dövlət hesabına təhsil almaq üçün bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə ümumi qaydada iştirak etməlidirlər. Orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən bakalavrlar ərizə ilə həmin təhsil müəssisələrinə müraciət edəcəklər. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların müsabiqədənkənar qəbulu təhsil müəssisəsi tərəfindən aparılacaq. Bakalavrın təqdim etdiyi sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, bakalavrın orta ixtisas təhsili müəssisəsinə qəbul edilməsindən imtina olunacaq.(trend)






23 May, 2019  10:00 Baxılıb: 194 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


22 Oktyabr, 2019  10:17











11 Oktyabr, 2019  09:54

10 Oktyabr, 2019  17:36

10 Oktyabr, 2019  17:00



10 Oktyabr, 2019  16:13


10 Oktyabr, 2019  15:40









10 Oktyabr, 2019  09:22



10 Oktyabr, 2019  09:02










9 Oktyabr, 2019  11:25

9 Oktyabr, 2019  09:15



8 Oktyabr, 2019  17:29




sagbanner