Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Hacı Ramil Bədəlov: “Ramazan ayının ən yaxşı ibadəti günahlardan çəkinməkdir”

Sipark İnşaatın dəstəyi ilə həyata keçən “Qonaq ” layihəsinin növbəti həmsöhbəti ilahiyyatçı Hacı Ramil Bədəlovdur. Müsahibəni sizə təqdim edirik:

-Hacı əvvəla sizi bu mübarək ayda salamlayır “Qonaq” layihəmizdə xoş gördük deyirik.

-Çox sağ olun, mən də sizi və saytınız vasitəsilə bütün oxucuları salamlayıram. Hər birinə Allahdan oruc və namazlarının qəbul olunmasını diləyirəm.

-Əslində Ramazan ayında danışılacaq çox mövzular var. Amma dua mövzusu həmişə aktual olub. Hədislər də var ki, başqa aylardan fərqli olaraq Allah bu ayda duaları daha tez qəbul edir.

-Çox doğru buyurursuz, ümumiyyətlə təqvimdə xüsusi rəhmət günləri var. Ramazan ayının günləri də rəhmət dolu günlərdəndir. Bu ayda çoxlu dua etmək buyrulub. Ramazan ayına əslində 30 günlük hazırlıq kursu kimi baxmaq lazımdır.  Necə ki, ali məktəbə hazırlaşıb gedib imtahan verib oxuyursan bu da mənəvi baxımdan eyni missiyadır.  30 gün ərzində biz necə ibadət etməliyik, necə dua etməliyik, Allahla necə həmsöhbət olmalıyıq bunları öyrənməliyik. Bu ayda dua zehnimizdən yox qəlbimizdən dilimizə gəlir. Fikir verirsiz sankli dualarımız qəlbimizdən dilimizə süzülür. Biz bu aydan sonra da belə olmalıyıq.  Ramazan ayının xüsusiyyətlərindən biri də odur ki, insanda rahatlıq yaranır. Rahatlıq elə bir məfhumdur ki, onu insan dünyada çıraqla axtarır.  Amma bu ayda biz onu hiss edə bilirik.

-Bu mübarək ayda həm də insana müəyyən fürsətlər verirlir ki, onlardan biri də özünü dəyişmə fürsətidir. Bir qədər bununla bağlı izah verməyinizi istəyərdim. İnsan necə dəyişə bilər?

-Tamamilə doğrudur, insan istəsə dəyişə bilər. “Mən belə yaranmışam dəyişə bilmərəm” fikri yanlışdır. Biz yalnız nəzəriyyə və bilgilərlə də dəyişə biımərik. Praktiki olaraq nəsə etməliyik. Məsələn qeybət etməyi sevən insan necə dəyişə bilər? Əvvəla qeybət edən insanın ictimai hörməti itər. Hamı istəyər ki, cəmiyyətdə hörməti nüfuzu olsun. Bu məsələnin dünyəvi tərəfidir. Axirət tərəfində isə o qədər hədislər var ki, qeybət etdiyin adamın günahlarını üzərinə götürüb savablarını ona vermiş olursan. Praktiki olaraq qeybətdən qurtulmağın yolu sevmədiyiniz insanın yaxşı cəhətlərini danışmaqdır.

-Sizcə aqressiya dolu bir cəmiyyətdə bunu bacarmaq mümkündür?

-Çox maraqlı məqama gəlib çıxdıq.  Doğru buyurursuz bu gün nəinki böyük insanlarda hətta  uşaqlarda da aqressiyanı hiss etmək olur. Bəzən görürsən ki, uşaqların baxdığı hansısa cizgi filmi yaxud telefonda oynadığı oyun birbaşa uşağa aqressiya ötürür.  Valideynlər bu məsələlərə diqqət yetirməlidir.  Ümumilikdə cəmiyyətdəki aqressiyanın başlıca səbəbi kimi mənəvi boşluğu görürəm. Məlumdur ki, bü gün internet əsrində yaşayırıq. Cəmiyyətdə informasiya bolluğu var.  İnsan qəzəbin, əsəbin qarşısını almaq istəyirsə, mənəviyyatlı olmalıdır. Belə bir hədis də var : “Qəzəbin əvvəli dəlilik, sonu da peşmanlıq olur.”  Gərək mənəvi güc olsun. Məhz Ramazan ayında insana mənəvi güc bəxş edilir. Ramazan ayı ilə bağlı ayədə də buna toxunulub.  Deyilir: “Biz sizə orucu vacib etdik ki, təqvalı olasınız.” Təqva ruhun gücü, qüdrəti deməkdir. Oruc tutmağın bir xüsusiyyəti var ki, insanı mənəvi baxımdan güclü edir. İnsanı özünə hakim edir. Adi günlərdə haramdan çəkinə bilmiriksə, biz Ramazan günlərində halaldan çəkinirik. Bir növ Allah bizi özümüzə qaytarır.

-Uşaqların tərbiyyəsi ilə bağlı maraqlı məsələyə toxunduz. Məlum bu gün uşaqlar az yaşlarından artıq telefon və ipodlarla oynayır.  Bunun da kifayət qədər fəsadları var. Amma bütün günahı texnikada axtarmaq absurd olar yəqin ki. Məsələn bu gün məktəbyaşlı uşaqlar arasında intihar saylarının artmasının səbəbi təkcə telefon yaxud sosial şəbəkələr ola bilməz. Sizcə ailənin və cəmiyyətin rolu bu hallarda nə qədərdir?

-Cəmiyyətin rolu var, bu öz yerində. Amma ailənin rolu daha böyükdür. Övlad həmişə ailədən məhəbət gözləyir. O məhəbbəti görmədikdə, boşluq yaranır bu da uşağın mənəvi halına mənfi təsir göstərir.  Uşaq həmin məhəbbəti kənarda axtaracaq.  Məhəbbət faktoru olduqca mühümdür. Allah bizi elə yaradıb, biz məhəbbət istəyirik.  İnsanın iki duyğuya daha çox ehtiyacı var – sevmək, sevilmək.  Digər tərəfdən iman yoxluğu da böyük faktordur.   Bir tərəfdəən məhəbbət boşluğu digər tərəfdən iman olmayanda fəsadı böyük olur. Diqqət edin bu unkişafla, maddiyyatla bağlı bir məsələ deyil. Statistikaya görə İsverçrədə intihar sayı daha çoxdur. Ümumiyyətlə ailədə hər şeyin qaydasında olması üçün kişi və qadın bir-birlərinin yaxşı tərəflərini dəyərləndirməyi bacarmalıdır.  Münasibətlər sevgidən doğmalıdır. Məcburiyyəti heç kəs sevmir. Xidmətlərimizin kökündə məhəbbət dayanmalıdır.  Ailədə bədgümanlıq olmamalıdır.  Bütün bunlar uşağın tərbiyəsinə birbaşa təsir edir.  O ki qaldı bu məsələdə cəmiyyətin rolu da az deyil. Cəmiyyət bir insanı uçuruma da apara bilər, ucalda da bilər.

-Hacı, maraqlıdır insanlar dünyaya pak və günahsız gəlirlər, necə olur ki, sonra yaxşılara və pislərə ayrılırlar?

-Bütün yaranmışların içərisində ən üstünü insandır. İnsanı mələklərdən ayıran bir xüsusiyyət var o da günah etməkdir. Mələklər günah edə bilmir. İnsanı mələkdən üstün edən cəhət də odur ki, insan günah edə bilər amma etmir.  Yaxşılar və pislərə gəlincə, insanın xarakterini günahlar dəyişir. Hətta ayələrdən birində deyilir ki, insanlar günah etdilər, sonu peyəmbər öldürməklə nəticələndi.

-Fürsətlər ayında insan daha çox hansı əməlləri, ibadətləri etməlidir ki, ruhunda təsirini qoya bilsin. Bayaq qeyd etdiyiniz 30 günlük kurs müddətində?

-Günahlardan çəkinməliyik. Günahlardan çəkindikdə güclənirik. Gücləndikdə isə bütün ibadətləri rahat şəkildə edə bilirik. Peyğəmbər də buyurub ki, Ramazan ayının ən yaxşı ibadəti günahlardan çəkinməkdir. Bir insan əgər günahlardan çəkinə bilirsə, yaxşı əməlləri edə biləcək. Düstur budur.

İradə Nurəddinqızı

 






18 May, 2019  12:19 Baxılıb: 684 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

21 Avqust, 2019  16:48


21 Avqust, 2019  12:43




21 Avqust, 2019  11:48


21 Avqust, 2019  11:24

21 Avqust, 2019  11:04


21 Avqust, 2019  09:19


20 Avqust, 2019  14:43

20 Avqust, 2019  14:35

20 Avqust, 2019  13:42

20 Avqust, 2019  09:56

20 Avqust, 2019  09:42

20 Avqust, 2019  09:20

19 Avqust, 2019  15:55






17 Avqust, 2019  11:12

17 Avqust, 2019  11:06



16 Avqust, 2019  13:50






16 Avqust, 2019  09:55


16 Avqust, 2019  09:33


15 Avqust, 2019  17:42

15 Avqust, 2019  15:27


15 Avqust, 2019  13:54


15 Avqust, 2019  13:25




15 Avqust, 2019  11:05

sagbanner