Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aptekdən oğurluq edənlər saxlanılıb

Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Simsar.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.

Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar.

Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb. Araşdırma aparılır.






16 May, 2019  10:48 Baxılıb: 636 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner