Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hicran Hüseynova: "Ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma halları bizi narahat edir"

"Ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma kimi hallar bizi narahat edir". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Komitə üç istiqamətdə - sağlam ailə, təhsil və sosial problemlərin həlli yönündə çalışır: "Azərbaycanda çox gözəl ailə modeli var. Bizə dəfələrlə Britaniyadan, Fransadan, başqa ölkələrdən müraciət edirlər, ailə modelimizi   öyrənmək, bu barədə məqalələr dərc etmək istəyirlər. Bu, bizim ailə modelinin nə qədər əhəmiyyətli, dəyərli olduğunu göstərir".  Hicran Hüseynova qeyd edib ki, Komitənin 11 bölgədə ailə-dəstək mərkəzləri var: "Rayonlarda dəyirmi masalar, görüşlər keçiririk. Əlbəttə ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma halları kimi məsələlər bizi narahat edir. Mən düşünürəm ki, bu cür problemlərin həlli üçün nümunəvi ailələr ictimaiyyətə təqdim olunmalı, ziyalılarla görüşlər təşkil edilməlidir. Görürük ki, istər cənab Prezident, istərsə də, Mehriban xanım əhali ilə görüşür, onların dərdlərini dinləyirlər. Bu, dövlətin insanlara dəstəyinin nümunəsidir". (ona)

 






15 May, 2019  11:53 Baxılıb: 737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner