Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Günel Gözəlovaya nazirlikdə vəzifə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub.

Bu vəzifəyə tanınmış jurnalist Günel Gözəlova gətirilib.  Simsar.az xəbər verir ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.

Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb. Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub.

“Bir inci xanım”, “Mübariz”, “Şahinlər”, “Hünərin gücü”, “İnibahn zirvəsi”, “İkinci həyat”, “Xilaskar” kimi bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub.  Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.






14 May, 2019  12:48 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner