Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Bu ədiblər və filmlər dövlət varidatı elan edildi

Nazirlər Kabineti "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı"nı təsdiqləyib. Əsərləri dövlət varidatı elan edilən müəlliflər aşağıdakılardır:

- Qətran Təbrizi;

- Məhsəti Gəncəvi;

- Əfzələddin Xaqani;

- Nizami Gəncəvi;

- Qazi Bürhanəddin;

- İmadəddin Nəsimi;

- Aşıq Qurbani;

- Şah İsmayıl Xətai;

- Məhəmməd Füzuli;

- Aşıq Abbas Tufarqanlı;

- Molla Pənah Vaqif;

- Molla Vəli Vidadi;

- Qasım bəy Zakir;

- Mirzə Fətəli Axundzadə;

- Həsən bəy Zərdabi;

- Seyid Əzim Şirvani;

- Xurşidbanu Natəvan;

- Mirzə Ələkbər Sabir;

- Nəcəf bəy Vəzirov;

- Aşıq Ələsgər;

- Cəlil Məmmədquluzadə;

- Əbdürrəhim bəy Haqverdiyev;

- Cəfər Cabbarlı;

- Əhməd Cavad;

- Mikayıl Müşfiq;

- Əhməd bəy Ağayev;

- Əli bəy Hüseynzadə;

- Nəriman Nərimanov;

- Məmməd Səid Ordubadi;

- Hüseyn Cavid;

- Əzim Əzimzadə;

- Yusif Vəzir Çəmənzəminli;

- Üzeyir Hacıbəyov;

- Səməd Vurğun;

- Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər aşağdakılardır:

- “Sevil ” (1929-cu ildə çəkilmişdir);

- “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

- “İsmət”(1934-cü ildə çəkilmişdir);

- “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

- “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

- “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

- “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

- “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

- “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

- “Arşın mal alan”  (1945-ci ildə çəkilmişdir) ;

- “Görüş” (1955-ci ildə çəkilmişdir).

Qeyd edək ki, “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”na əsasən dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 faizi həcmində ödəniş hesablanaraq, Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Əqli Mülkiyyət Agentliyi dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etməlidir.






11 May, 2019  10:25 Baxılıb: 300 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




22 İyul, 2019  13:39

22 İyul, 2019  13:28

22 İyul, 2019  12:20


22 İyul, 2019  10:44



22 İyul, 2019  10:16

22 İyul, 2019  09:48

22 İyul, 2019  09:45

22 İyul, 2019  09:42

22 İyul, 2019  09:39

22 İyul, 2019  09:35


20 İyul, 2019  10:22

20 İyul, 2019  10:12

20 İyul, 2019  10:08

19 İyul, 2019  16:21




19 İyul, 2019  14:25



19 İyul, 2019  10:41




18 İyul, 2019  17:09

18 İyul, 2019  16:56


18 İyul, 2019  14:41

18 İyul, 2019  11:56


18 İyul, 2019  11:43


18 İyul, 2019  10:21

18 İyul, 2019  09:33

18 İyul, 2019  09:31

18 İyul, 2019  09:23



17 İyul, 2019  12:58




sagbanner