Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Beyləqanda zəncirvari qəzada 1 nəfər öldü, iki nəfər xəsarət aldı

Beyləqan rayonunun Gödəklər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 7-də saat 1 radələrində Beyləqan rayonunun Gödəklər kəndi ərazisində Xocavənd rayon sakini V.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən kənd sakini M.Məhərrəmovun idarə etdiyi “T-28” markalı traktora vurub, idarəetməni itirdiyindən avtomobil əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ.Abbasovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.Nəticədə V.Novruzovun sərnişinlərindən Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.






8 May, 2019  12:03 Baxılıb: 742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner