Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Mübarək Ramazan Ayı

“İnsanları hidayət edən, aydın yolu göstərən və haqqı batildən ayıran Quran bu ayda - Ramazanda nazil olub.  Bu ayı görənlər oruc tutmalıdır... Sizə doğru yol göstərdiyinə görə Allahı böyüklüyü ilə yad edin. Bəlkə şükr edəsiniz”. (Bəqərə:185)

Ramazan ayı Allahın bəndələrinə böyük lütfüdür. Peyğəmbərimiz (s) buyuruduğu kimi, bu ay daxil olduqda göyün qapıları açılar və ay boyunca açıq qalar. Ramazan ayının gəlişi ilə  bəndələrin üzünə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirlənər, günahlar isə yanar. İlahi ziyafətə hazırlaşan hər kəs bu mənəvi fəzaya xüsusi hazırlıqla daxil olar.

Ramazan hilalı görsənən gecə ay boyunca oruc tutulacağını niyyət etmək gərəkdir. Hilalı görən zaman ona baxıb aşağıdakı duanı oxumaq olar:Rəbbi və rəbbukəl-lahu rəbbəl-aləmin. Allahummə əhilləhu əleyna bil-əmni vəl-iman vəs-səlaməti vəl-islam vəl-musaraati ilə mə tuhibbu və turza. Allahummə bərik ləna fi şəhrina haza vərzuqna xəyrah və əunəh vəsrif ənna zurrahu və şərrəh və bəlaəhu və fitnətəh.

Rəbbim və rəbbin  aləmlərin rəbbi olan Allahdır! İlahi, bu ayla birgə bizə əmniyyət, iman, salamatlıq və Sənə təslimlik gətir.  Qoy bu ayda Sənin sevdiyin və razı olduğun işlərə tələsək. İlahi, bu ayı bizim üçün bərəkətli, onun xeyir və dəstəyini isə nəsibimiz et. Onun zərər və pisliklərini, bəla və pərişanlığını bizdən uzaqlaşdır.

Ramazan ayının ilk gecəsi müstəhəb qüsl almaq tövsiyə olunur. İmkanı olanlar “Səhifeyi-Səccadiyyə” kitabındakı 44-cü münacatı - imam Səccadın (ə) bu mübarək ayın daxil olması münasibətilə oxuduğu duanı oxuya bilər. Habelə, aşağıda göstərilən qaydada dörd rükətli namaz qılmaq da bəyənilir: 2 dəfə 2 rükətli adi namaz qılınır, hər rükətdə Fatihədən sonra 15 dəfə ixlas surəsi oxunur. Ramazan ayının digər günlərində olunan ibadətləri bu gecə yerinə yetirmək olar.

Qeyd edək ki, mayın 6-dan etibarən Ramazan ayı boyunca Məşədi Dadaş məscidində zöhr-əsr namazlarından sonra moizə məclisləri təşkil olunacaq. Hər gün  günorta azanı zamanı hacı Şahin Həsənli camaat namazlarına imamət edəcək və ardınca xütbə oxuyacaq. Daha sonra cəmlə Qurani-Kərim oxunacaq.

hacishahin.az






6 May, 2019  09:27 Baxılıb: 142 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







25 May, 2019  10:57






24 May, 2019  13:59

24 May, 2019  13:22

24 May, 2019  13:17





23 May, 2019  14:07





23 May, 2019  10:03







22 May, 2019  11:25


22 May, 2019  11:10

22 May, 2019  09:23

21 May, 2019  17:09





21 May, 2019  15:53



21 May, 2019  11:56




21 May, 2019  09:41


sagbanner