Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün öz işini yekunlaşdırıb. Forumun bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev forum çərçivəsində səmərəli müzakirələrin və fikir mübadiləsinin aparıldığını bildirib. O qeyd edib ki, forum çərçivəsində 20-ə yaxın tədbir keçirilib. Nazir vurğulayıb ki, Bakı forumu dünya miqyasında özünəməxsus, hörmətli və nüfuzlu yer tutur.

Ə.Qarayev bildirib ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halına çevrilib. Nazirin sözlərinə görə, Azərbaycanın bu fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:

Nazir vurğulayıb ki, bu cür forumlar eyni zamanda dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn insanlara ölkədəki mövcud reallıqlarla tanış olmaq, bəşəriyyəti narahat edən mövzular ətrafında müzakirələr aparmaq imkanı yaradır.

Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos, UNESCO baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter forumun təşkili üçün Azərbaycan hökumətinə təşəkkür edib və forumun yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

İki gün davam edən Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.






3 May, 2019  17:36 Baxılıb: 131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




24 May, 2019  13:59

24 May, 2019  13:22

24 May, 2019  13:17





23 May, 2019  14:07





23 May, 2019  10:03







22 May, 2019  11:25


22 May, 2019  11:10

22 May, 2019  09:23

21 May, 2019  17:09





21 May, 2019  15:53



21 May, 2019  11:56




21 May, 2019  09:41








20 May, 2019  13:48


20 May, 2019  09:56

sagbanner