Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Milli Gimnastika Arenasında yarış keçiriləcək

Aerobika üzrə 2020-ci il dünya çempionatı Azərbaycanda keçiriləcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytı xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iclasında qəbul olunub.

Yarış 14 – 16 mayda Milli Gimnastika Arenasında təşkil olunacaq. Toplantıda FIG-in rəhbər postuna seçkilərin 23 – 25 oktybar 2020-ci ildə Türkiyənin Antalya şəhərində keçirilməsinə qərar verilib. Orada qurumun yeni prezidenti və vitse-prezidentləri bəlli olacaq. FIG-in hazırkı prezidenti yaponiyalı Morinari Vatanabe 2016-cı ildə bu vəzifəyə seçilib.

Daha bir yenilik bundan sonra idmançıların formalarında milli federasiyaların loqolarının əksini tapması ilə bağlıdır. Formada həmçinin ölkənin bayrağı və adı olmalıdır. FİG-in Həmrəylik Fondu yeni proqram əsasında inkişafda olan milli federasiyaları geyim dəstləri ilə təmin edəcək. Xatırladaq ki, bu il 24 – 26 mayda Bakıda aerobika üzrə Avropa çempionatı təşkil ediləcək.






3 May, 2019  16:38 Baxılıb: 1422 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner