Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Layihə rəhbəri: "Məktəblərdə siqaret çəkilməsi 90 faiz azalıb"

"2016-ci ildən bu ilin aprelinə qədər (28 ay) Bakı şəhərindəki 35 ümumtəhsil müəssisələrində 9 məktəblinin həyatı xilas edilib" "Report" xəbər verir ki, bunu "Məktəblinin dostu" layihəsi ilə bağlı keçirilən tədbirdə layihə rəhbəri Rüstəm Ağayev deyib.O bildirib ki, bu müddət ərzində, ümumilikdə, layihənin həyata keçirildiyi orta məktəblərdə 9089 münaqişənin qarşısı alınıb.Eyni zamanda həmin məktəblərdə 4464 dəfə tibbi yardım göstərilib: "9 məktəblinin həyatı xilas edilib. Ümumilikdə, orta məktəblərə 263 təcili tibbi yardım çağırılıb. 9 yanğının qarşısı alınıb. 157 dəfə oğurluq halları aşkarlanıb. Layihə çərçivəsində məktəblərdə siqaret çəkilməsi kəskin  - 90 faiz azalıb. 1113 nəfər psixoloji mərkəzin xidmətindən yararlanıb".Layihə rəhbəri orta məktəblərdə şagirdlər arasında psixoloji problemlərin səbəblərini də açıqlayıb: "Psixoloqa müraciətlərin səbəbi özünəqapanma, psixiatrik problemlər, davranış pozuntusu, qorxu və fobiya, uşaq-valideyn münasibətlərinin pozulması, dezataptasiya problemi və sairdir. Bu müraciətlərdən ən çoxu dezadaptasiya və davranış pozuntusuna görədir"."Bu layihənin icrasına başlayan zaman Gürcüstanın təcrübəsinə istinad etmişik", - deyə "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev əlavə edib.Qeyd edək ki, "Məktəblinin dostu" pilot layihəsi 2016-cı ilin dekabrında Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb.






2 May, 2019  16:15 Baxılıb: 812 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner