Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"...Dünyanı şantaj edirlər"

Hüseyn Bağırov:"məlum deyil ki, Ermənistan bu siyasi məsələlərdən nə qazanmaq istəyir"

“Ermənistanın “Metsamor” atom elektrik stansiyasının fəaliyyətini davam etdirməsi dünyanı şantaj etməkdən başqa bir şey deyil”.

Simsar.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib. Nazir artıq dünyada nüvə energetikasına münasibətin sürətlə dəyişdiyini deyib: “Hətta ən etibarlı sayılan texnologiya ilə qurulmuş, çox yüksək nizam-intizamla idarə olunan Yaponiya belə, təhlükə qarşısında qaldı. Özü də orada nə hökumət, nə də cəmiyyət təhlükənin nə dərəcədə ciddi olduğunu axıradək qiymətləndirə bilib. Dünyada nüvə və yeniləşən energetikanın faizi çox yüksək olan Almaniya kimi ölkə də bu istiqamətdə qəti addımlar atmaq fikrinə. Ermənistan isə başqa niyyətlər güdür. Çox köhnə, artıq tükənmiş bir atom elektrik stansiyasının fəaliyyətini davam etdirmək dünyanı şantaj etməkdən başqa bir şey deyil. Düşünürəm ki, burada sırf energetika ilə bağlı elementlər çox az, siyasi məsələlər daha böyükdür. Bizə məlum deyil ki, Ermənistan bu siyasi məsələlərdən nə qazanmaq istəyir və nə qazanacaq? Amma Ermənistan öz insanlarını da təhlükədə qoyaraq, qonşularını ciddi təhlükə altına salır”.






6 İyun, 2011  17:30 Baxılıb: 1047 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner