Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Tutu dieta

"Böyük Turabov"un doğum günüdür

Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr edən bu məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaradib. Unudulmaz aktyor 23 fevral 2003-cü ildə 64 yaşında dünyasını dəyişib.

...Yaşıdlarından fitri istedadı, biliyi və dəcəlliyi ilə seçilən  Həsən 18 saylı məktəbi bitirəndən sonra həyatını tamamilə sənətə bağlamaq qərarına gəlir. İcəsənət İnstitutuna daxil olan sənətkar 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurur.Deyirlər H. Turabov teatra yeni gələndə Ədil İsgəndərov teatrın rəhbəri işləyirmiş. Bir gün Ədil müəllim Həsəni yanına çağıraraq deyir ki, sənin danışıq tərzin, intonasiyan, səsin teatrın digər aktyorları kimi deyil, sən onlar kimi danışmırsan. Gənc Həsən “çalışaram onlara uyğunlaşdırım” deyəndə, Ədil müəllim: "yox, mən istəyirəm onlar da sənin kimi danışsın"- deyə bildirb.   Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. Gözəl diksiyası, səhnə hərəkətləri, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirmişdi. Azərbaycan kinematoqrafiyasının inkişafında da H. Turabovun xidmətləri böyükdür. Elə Gəray bəy obrazı yetər ki, onun böyük aktyorluğundan ağız dolusu danışasan.İnsanlarda belə bir xasiyyət var ki, biri dünyasın dəyişəndən sonra ya bu dünyanın qorxusundan, ya da o dünyanın qorxusundan öləni tərifləyirlər. Amma Turabov doğrudan tərifə layiq şəxsiyyət və sənətkar olub. Gənc aktiyorlar Həsən Turabovla çox eytiyatla dolanarmış. Deyilənə görə özünə və tərəf  müqabillinə qarşı çox ciddi adam olub. Yaratdığı obrazlar kefli İsgəndər, Gəray bəy, Afşin, Qaçaq Nəbi unudulmazlardandır. Həsən Turabov xalq artisti yox, xalqının artisti idi. O, kücə ilə gedəndə ona başqa gözlə baxırdılar. Bəli bu Turabovdu-canlı korifey. Özü də bilirdi ki, canlı korifeydi. Aktiyorluğa birləşən nə sənət vardısa, onları  peşəkarcasına bilirdi. Amma özü heç vaxt deməzdi ki, mən bunu yaxşı bilirəm, mən nə isə edirəm, mənim bundan xəbərim var.

"Simsar" jurnalı

 

 






24 Aprel, 2019  13:32 Baxılıb: 296 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





13 Dekabr, 2019  14:00




13 Dekabr, 2019  09:36

13 Dekabr, 2019  09:33




12 Dekabr, 2019  12:31





12 Dekabr, 2019  09:25








11 Dekabr, 2019  13:22






11 Dekabr, 2019  11:08



11 Dekabr, 2019  09:21





10 Dekabr, 2019  13:41




10 Dekabr, 2019  09:55

10 Dekabr, 2019  09:52




sagbanner