Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Metropoliten İşçiləri Həmkarlar İttifaqında seminar keçirib

Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi ilə əlaqədar olaraq seminar keçirilib. Simsar.az - ın məlumatına görə, seminarda çıxış edən MİHİ sədri Arif Mərdanov son illərdə həyata keçirilən əməyin mühafizəsi sahəsində “Bakı Metropoliteni” QSC-də islahatlar haqqında danışıb.

O, bildirib ki, bu məqsədlə yaradılan SƏTƏMM şöbəsi bilavasitə QSC sədrinə tabedir və bu gün şöbə, mütəmadi olaraq, növbəli və növbədənkənar yoxlamalar aparır. Bu işlərin nəticəsi olaraq bədbəxt hadisələrin qarşısı alınır. MİHİ-nin əməyin texniki müfəttişi Vüqar Mirzəyev isə bildirib ki, təhlükəsizlik mədəniyyəti işçilərin həyata olan baxışlarından, bilik və intellektual səviyyəsindən, düşüncə tərzindən çox asılıdır: "SƏTƏMM qanunvericiliyi, təhlükəsizlik, fərdi mühafizə vasitələrindən düzgün istifadə, yanğın təhlükəsizliyi, ilk yardım vərdişlərinin mənimsənilməsi qaydalarının təbliği nəticəsində və bu qaydalara riayət olunmasına ciddi nəzarətin nəticəsində bu gün metropolitendə əmək xəsarətlərinin sayı minimuma endirilib. Metropolitenin istehsalat sahələri, əməyin təşkili və təhlükəsizlik texnikası üzrə respublika müsabiqəsinin qalibləri sırasında olub". Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixindən danışıb. Bu gün ölkədə istehsalat qəzalarının qarşısının alınması üçün səmərəli tədbirlərin həyata keçirildiyini bildirib.






19 Aprel, 2019  18:00 Baxılıb: 677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner