Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bərat Gecəsi

Şaban ayının 15-ci gecəsi bu il aprelin 20-si məğrib azanından sonra daxil olur. Beləliklə, şaban ayının 15-ci günü aprelin 21-nə təsadüf edir. “Şabanın ortası” mənasına gələn nimeyi-şəban yaxud nisfuş-şəban  Qədr gecələrindən sonra ən fəzilətli gecədir. “Bərat”( tər. təmizlənmə) da adlanan  bu gecə Allahla raz-niyaz etmək, hacətləri diləmək, mənən təmizlənmək üçün ən münasib fürsətlərdəndir. Peyğəmbərimiz (s) və imamlarımızın (ə) buyurduqlarına əsasən, bu gecə Allah sonsuz rəhmətini bəndələrinin üzünə açması ilə yanaşı, həm də onlar üçün bəzi hadisələri təqdir edir. Hesab olunur ki, bəndəyə Həcc ziyarətinin nəsib olub-olmayacağı bu gecə müəyyən olunur.

Şaban ayının 15-ci günü bəşəriyyətin xilaskarı həzrət Mehdi Sahibəzzamanın (ə) mövlududur.  İmam Mehdi (ə) h.q. 255- ci  (miladi 868-cı) ildə Samirə şəhərində imam Həsən Əsgəri (ə) ilə Nərgiz xatunun (s) ailəsində dünyaya gəlib.

Bu gecə əhya saxlamaq (məğrib azanından sübh azanına qədər oyaq qalmaq), qüsl almaq, mümkün qədər ibadət və dua etmək tövsiyə olunur. İmam Hüseynin (ə), İmam Mehdinin (ə) ziyarətnamələrini, Kumeyl duasını və Şabaniyyə münacatını oxumaq, 100 dəfə təsbihati-ərbəə (“sübhanəllahi, vəlhəmdu lillahi, və la ilahə illəllahu vəllahu əkbər” - tər. "Allah nöqsansızdır, bütün təriflər Allaha aiddir, Allahdan başqa məbud yoxdur, ən böyük Allahdır") və istiğfar (“əstəğfirullah” - tər. "Allahdan bağışlanma istəyirəm") söyləmək Bərat gecəsinin bəyənilən əməllərindəndir.

İmam Hüseyni (ə) bu gecəyə məxsus tərzdə ziyarət etmək istəyən hündür və üstü açıq bir yerə çıxmalı və üzü qibləyə durmalıdır. Daha sonra sağa və sola baxmalı, üzünü göyə qaldırıb imama belə xitab etməlidir: “Əssəlamu əleykə, ya Əba Əbdillah! Əssəlamu əleykə və rəhmətullahi və bərəkətuh” (tər. Salam olsun sənə, ey Əba Əbdillah! Allahın salam, rəhmət və bərəkəti üzərinə olsun).

Zamanın imamı həzrət Mehdinin (ə) zühuru üçün dua etmək istəyənlər Fərəc duasını oxuya bilərlər.

Allah bütün ibadətlərinizi qəbul etsin.

hacishahin.az






19 Aprel, 2019  16:55 Baxılıb: 3057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner