Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Zakir Qaralov vətəndaşları qəbul edib - UCARDA

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür. Baş prokuror Zakir Qaralov aprelin 19-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə Simsar.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.  Qəbuldan əvvəl Baş prokuror və Ucar rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.  Baş prokuror bölgədə yaşayan 25 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll edilib, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.  Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.






19 Aprel, 2019  14:12 Baxılıb: 121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




24 May, 2019  13:59

24 May, 2019  13:22

24 May, 2019  13:17





23 May, 2019  14:07





23 May, 2019  10:03







22 May, 2019  11:25


22 May, 2019  11:10

22 May, 2019  09:23

21 May, 2019  17:09





21 May, 2019  15:53



21 May, 2019  11:56




21 May, 2019  09:41








20 May, 2019  13:48


20 May, 2019  09:56

sagbanner