Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 29-da görüşəcəklər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının spikeri Valnetina Matviyenko Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşdə deyib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan liderləri Avrasiya İqtisadi İttifaqının Ali Şurası çərçivəsində görüşəcəklər: "Görüş Qazaxıstanda keçiriləcək".