İmişlidə 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Simsar.az-a verilən məlumata görə, rayonun Əliqulular kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.